Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Vüsal Qasımlı post-konflikt quruculuğunun prioritetlərini açıqlayır

© Sputnik / Murad OrujovИсполнительный директор Центра анализа экономических реформ и коммуникаций Вюсал Гасымлы
Исполнительный директор Центра анализа экономических реформ и коммуникаций Вюсал Гасымлы - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı deyir ki, Qarabağ bölgəsi Azərbaycanda iqtisadi inkişafın yeni coğrafi drayveri – artım mərkəzi olacaqdır
Vüsal Qasımlı: “Azad edilmiş ərazilərə sərmayə qoyuluşu ÜDM-in artımını sürətləndirəcək”

“Post-konflikt quruculuğu Azərbaycan Respublikasının ümumi inkişaf strategiyası çərçivəsində işğaldan azad olunan ərazilərin reinteqrasiyası və dəyər zəncirlərinə qoşulması ilə həyata keçiriləcəkdir”. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Post-konflikt quruculuğunun əsas istiqamətləri barədə suallara cavab verərkən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı deyib.

“Post-konflikt quruculuğu Azərbaycanda iqtisadi artımı tətikləyən amil kimi çıxış edəcəkdir. Azərbaycan bölgədə iqtisadi, siyasi və hərbi üstünlüyünü bundan sonra da daim möhkəmləndirəcəkdir. Dünya təcrübəsində post-konflikt dövründə büdcə resurslarının səfərbər olunması və yenidən prioritetləşdirilməsi müşahidə edilir. Azərbaycanda mövcud şəraitdə bu modeldən istifadə etmək daha məqsədəuyğun ola bilər.  Ümumiyyətlə, Qarabağ bölgəsi Azərbaycanda iqtisadi inkişafın yeni coğrafi drayveri – artım mərkəzi olacaqdır. Bu bölgədə sərmayə qoyuluşu və quruculuq işləri Azərbaycanda ÜDM-in artımını sürətləndirəcəkdir” – deyə o bildirib.

Vüsal Qasımlının fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0