CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Uşaq qidaları ilə bağlı üç quruma tapşırıq verildi

© Sputnik / Murad OrujovБутылка с молочной смесью
Бутылка с молочной смесью - Sputnik Azərbaycan
Abunə olmaq
Bu, "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əksini tapıb.

BAKI, 27 noyabr — Sputnik. 2020–2025-ci illərdə uşaq qida məhsullarının minimum keyfiyyətinə, təhlükəsizliyinə dövlət və ictimai nəzarət gücləndiriləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilən "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əksini tapıb.

Fəaliyyət Planına əsasən, Qida Təhlükəsizliyi Agentliyi, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasını və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasını cəlb etmək tövsiyə edilir.

Həmçinin 2020-2021-ci illərdə 3 yaşınadək uşaqlar üçün qidalara dair sanitariya norma və qaydaları hazırlanacaq. Fəaliyyət Planına əsasən, Qida Təhlükəsizliyi Agentliyi, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə tapşırıq verilib. Qeyd olunub ki, 2021-2023-cü illərdə uşaqlarla bağlı rasional fizioloji normalar hazırlanacaq. Fəaliyyət Planına əsasən, Səhiyyə Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyinə tapşırıq verilib.

Xəbər lenti
0