BAKI, 27 noyabr — Sputnik. İbrahim Tatlısəsin müğənni qızı Dilan Çıtak Tatlısəs karantin qaydasını pozub.
Sputnik Azərbaycan xəbər verir ki, gənc ifaçı koronavirus səbəbi ilə ölkədə tətbiq edilən qaydalara əməl etməyib.
Bazar günü evdən çıxmağa icazə olmadığı halda, Dilan şəhərdə görüntülənib. Şişli ərazisində olan ifaçı polislər tərəfindən saxlanılıb.
Müğənniyə 3150 lirə dəyərində pul cəzası təyin edilib. Bundan sonra Dilan polis əməkdaşlarına qarşı müqavimət göstərib.
Sənətçi haqqında polisə müqavimət göstərdiyi, təhqir etdiyi və yoluxucu xəstəliklər üçün görülən tədbirlərə qarşı çıxdığı üçün istintaq başladılıb.
Qeyd edək ki, Tatlısəsin qızı aprel ayında koronavirusa yoluxmuşdu. O, bir müddət öncə də karantin qaydalarını pozduğuna görə cəzalandırılmışdı.