CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gözəl ağa çox gözəl idi, vurdu... - İctimai nəqliyyatmızın ağır günləri hələ qarşıdadır

© Sputnik / Anar MustafayevСтарые автобусы в Баку, фото из архива
Старые автобусы в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Dizellə işləyən avtobusların yığışdırılması sərnişindaşımada ciddi avtobus çatışmazlığına səbəb olacaq".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 27 noyabr — Sputnik. Yaxın gələcəkdə Bakı şəhərində sərnişindaşımada istismarda olan dizel yanacağı ilə işləyən avtobuslar xətlərdən kənarlaşdırılacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) Yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərov deyib. Onun sözlərinə görə, hazırda dövlət sifarişi ilə ölkəyə avtobus gətirən sahibkarlara avtobusların CNG yanacağı ilə işləyən, mütləq ekoloji təmiz olması tapşırılır: "Gələcək planlarda isə həmçinin, elektrik enerjisi ilə işləyən avtobusların gətirilməsi də nəzərdə tutulur".

Автобус BakuBus - Sputnik Azərbaycan
CƏMİYYƏT
Paytaxtda daha bir marşrut xətti “BakuBus”a verilib

Sputnik Azərbaycan dizel yanacağı ilə işləyən avtobusların xətlərdən nə vaxt çıxardılacağını, bu boşluğun nə ilə dolduracağını araşdırıb.

Nəqliyyat məsələləri üzrə tanınmış ekspert, hüquqşunas Ərşad Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dizellə işləyən avtobusların xətdən kənarlaşdırılacağı real görünmür. Ekspert bildirir ki, belə halda paytaxtda sərnişindaşımada ciddi avtobus çatışmazlığı yarana bilər: "2019-cu il 7 mart tarixində "Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər"in təsdiq edilməsi haqqında Nazirlər Kabineti qərar verib. Həmin qərarın 2-ci bəndində "Bakı şəhərinin inzibati ərazisində müntəzəm şəhərdaxili (qəsəbədaxili) sərnişin daşımalarını yerinə yetirən avtobuslara dair tələblər" yer alıb. Qərarın 2.1.14. bəndində qeyd olunur ki, avtobuslar müvafiq avtonəqliyyat vasitələri üçün qüvvədə olan ekoloji standartlara uyğun olmaqla, sıxılmış təbii qaz və ya elektrik mühərriki ilə təchiz edilməlidir. Qərarın son icra tarixində isə qeyd edilir ki, bu tələblərin 2.1.14-cü yarımbəndi 2022-ci il yanvarın 1-dən qüvvəyə minir. Belə çıxır ki, paytaatda sərnişindaşımada istismar edilən dizel yanacağı ilə işləyən avtobuslar 2021-ci ilin yanvar ayının 1-dən etibarən xətlərdə istismardan tam uzaqlaşdırılacaq. Bu qərarın icrası həmin tarixədək real deyil. Düzdür, dünyanın əksər ölkələrində daxili yanma mühərriki dizellə işləyən avtobusları xətlərdən yığışdırırlar. Amma külli məbləğdə vəsait tələb edir. Bu günədək dövlət vəsaiti hesabına 700 ədəd BakuBus avtobusları alınıb. Bu gün Bakıda istismarda olan 1400-dən çox avtobus dizellə işləyir. Xətdə olan 2200 avtobus Bakı və Bakıətrafının sərnişindaşıma tələblərini ödəmir. Dünyada sərnişindaşımada keyfiyyəti artırmaq üçün metro, trolleybus, tramvaydan istifadə olunur. Bakıda isə ancaq sərnişinlər Bakı metrosu və avtobuslarla daşınır. Metro isə məhduddur, 26 stansiyadan ibarətdir ki, bu da ancaq şəhəri əhatə edir, şəhərətrafında yoxdur. Yəni, bu gün 2200 avtobus sərnişindaşımada azlıq edir. Əhalinin ictimai nəqliyyatdan daha rahat istifadəsi üçün avtobusların sayı artırılmalıdır. Belə bir şəraitdə bu sərt tələbin icrası real deyil və avtobus çatışmazlığına gətirib çıxarar.

Pirşağı dəmir yolu stansiyası - Sputnik Azərbaycan
Bakıda bu sərnişindaşıma növündə ödəniş təmassız bank kartları ilə olacaq

Bu gün sərnişindaşıma ilə həm dövlətə aid "BakuBus", həmçinin də özəl sektor məşğul olur. Özəl sektorun isə CNG ilə işləyən avtobusları almaq imkanı yoxdur. Çünki, CNG ilə işləyən avtobuslar dünyanın ən bahalı avtobuslarıdır. "BakuBus"a 700 avtobus Azərbaycan dövləti tərəfindən 5 il müddətində alınıb. Qısa vaxtda dizellə işləyən avtobusların dövlət hesabına alınmış CNG ilə işləyən avtobuslarla əvəzlənməsi inandırıcı deyil. Üstəlik işğaldan azad edilmiş ərazilərimizə iri həcmli investisiya tələb olunur. Belə bir vaxta dövlətin yüz milyonlarla vəsaiti sırf avtobusların alınması üçün xərcləməsi inandırıcı görsənmir. CNG ilə işləyən avtobusların birinin qiyməti 500 min manat, bir qədər ondan yuxarıdır. NK-nın həmin qərarı Bakı Nəqliyyat Agentliyinin təklifi ilə qəbul olunub. Bu qərar yəqin ki, bir qədər uzadılacaq. Bundan sonra isə elə bir dövr gəlir ki, artıq CNG ilə işləyən avtobuslar yox, elektrobuslar gündəmə gəlir. Amerika və Rusiyada artıq elektrobuslar dövriyyəyə buraxılır. Onlarda daxili yanma mühərriki yoxdur. Havaya ümumiyyətlə zəhərli qazlar buraxmırlar. Azərbaycanda isə hələlik dizel mühərrikli avtobusları istismara yararlı saxlamaq lazımdır. Həmin qərar qəbul olunduqdan sonra Vergi Məcəlləsinə də dəyişiklik edildi. Dəyişiklikdən sonra dizel mühərrikli avtobusların gətirilməsinə qoyulmuş rüsum artırırldı. Bu gün özəl daşıyıcıların GNG ilə işləyən avtobusları gətirmək imkanı yoxdur. Hətta mən belə deyərdim ki, rüsumları əvvəlki vəziyyətinə qaytarmaq lazımdır. Dizellə işləyən, amma ekoloji cəhətdən ən son ekoloji tələblərə uyğun avtobuslar gətirilsin. Dövlət özəl şirkətlərə elektrobusların gətirilməsi istiqamətində stimullaşdırıcı tədbirlər görməlidir. Əks halda, dizellə işləyən avtobusların yığışdırılması sərnişindaşımada ciddi avtobus çatışmazlığına səbəb olacaq".

Автобусы в Баку, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Deputat: "Hərbçilərimiz ictimai nəqliyyatdan pulsuz istifadə etməlidirlər"

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Bakı şəhərində müntəzəm sərnişindaşımalarına cəlb olunan avtobuslarla bağlı Nazirlər Kabinetinin 4 mart 2019-cu tarixli 73 saylı qərarı ilə təsdiq olunan norma və standartlar var: "Həmin sənədə əsasən 2022-ci ilin 1 yanvar tarixindən sərnişindaşımalar üzrə CNG və Elektirik mühərrikli avtobuslar qəbul olunacaq. Həmin vaxtda xətdə olacaq dizel mühəttikli avtobuslar isə tədricən marşrut sistemindən kənarlaşdırılacaq. Bu gün Bakı şəhərində məlumat üçün bildirim ki, dizel mühərrikli avtobusların sayı təxminən 2 min ədədə yaxındır. Ötən dövrdə dövlət tərəfindən sərnişindaşımalar üzrə xidmətin keyfiyyətinin artırılması istiqamətində mühüm tədbirlər görülüb. Bu çərçivədə şəhərimizə yeni və komfortlu avtobuslar gətirilərək istismara buraxılıb. Bu avtobusların hamısı məhz CNG mühərriklidir. Hazırda Bakı şəhərində müntəzəm sərnişindaşımalara cəlb olunan avtobusların 604 CNG yəni sıxılmış qaz mühərriklidir. Bu avtobusların 1 ədədi Xaliq Faiqoğlu şirkətinin istsmarında olan nəqliyyat vasitəsidir. 603-ü isə BakuBus MMC-yə aiddir. Lakin bu statistika dəyişilməkdədir. Çünki bilirsiz ki, daha 115 ədəd BMC markalı müasir və komfortlu avtobusların gətirilir şəhərimizə. Onlarında hamısı CNG mühərrikli avtobuslardır. Növbəti il üçün alınması nəzərdə tutulan avtobuslar da eyni qayadada CNG mühərrikli olacaqdır. Daşıyıcılara da bununla bağlı həm yazılı həm də şifahi məlumat verilib, tapşırılıb ki, yeni avtobuslar gətirilərkən mütləq həmin norma və starndarları o cümlədən CNG və elektirik mühərrikli olmasını nəzərə alsınlar".

M. Ağayev bildirib ki, paytaxt Bakının ekoloji tarazlığını qorumaq üçün tədbirlər davam etdirilir.

Xəbər lenti
0