CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edildi

© Photo : AZƏRTACBakı şəhər Baş Polis İdarəsi
Bakı şəhər Baş Polis İdarəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov bir müddət əvvəl vəzifəsindən azad edilərək, Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi təyin olunub.

BAKI, 27 noyabr - Sputnik. Bakı şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir  ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovniki Əkbər İsmayılov Bakı Şəhər Baş Polis İdarəsinin rəisi təyin olunub.

Əkbər İsmayılov buna qədər Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi olub. 

Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov bir müddət əvvəl vəzifəsindən azad edilərək, Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi təyin olunub.

Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinin müvəqqəti icrası idarənin əməliyyat işləri üzrə rəis müavini, polis general-mayoru Teymur Hacıyevə tapşırılmışdı.

Qeyd edək ki, təyinatla bağlı ilk xəbəri unikal.org yazıb.

Xəbər lenti
0