CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Allahverdi Bağırovun qızları Ağdamda atalarının məzarını ziyarət etdilər - VİDEO

© Official website of President of Azerbaijan RepublicDağıdılmış Ağdama mənzərə
Dağıdılmış Ağdama mənzərə - Sputnik Azərbaycan
Abunə olmaq
Birinci Qarabağ müharibəsində şəhid olan Milli Qəhrəman Allahverdi Bağırovun qızlarının hər ikisi zabitdir

BAKI, 27 noyabr - Sputnik. Azərbaycanın Milli Qəhrəmanı, Vətən uğrunda həlak olan Allahverdi Bağırovun qızları işğaldan azad olunmuş Ağdamda  onun məzarını ziyarət ediblər. 

Şəhidin hər iki qızı hərbi qulluqçudur. Sosial şəbəkədə yayılan videoda qızlar 27 il sonra yenidən doğma torpaqlarına qayıda bildiklərinə görə Ali Baş Komandana və Azərbaycan Ordusuna minnətdarlıqlarını bildiriblər.

"Atamın arzuladığı peşəyə yiyələnəndən sonra onun məzarını bu gün Dövlət Sərhəd Xidmətinin zabiti, tibb xidməti kapitanı kimi ziyarət etdiyimə görə qürur duyuram. Əminəm ki, 27 il sonra azad edilmiş Ağdama qayıtdıqdan sonra mənim atamın və digər şəhidlərin nigaran ruhları bu gün rahatlıq tapacaq",  - deyə tibb xidməti kapitanı Aynur Bağırova deyib.

Bağırovun digər qızı, DSX-nın polkovnik-leytenantı Zümrüd Bağırova bildirib ki, sonuncu dəfə atasının məzarını 6 yaşı olanda ziyarət edib.

Allahverdi Bağırov 1992-ci il iyunun 14-də minaya düşərək həlak olub. O, Ağdamdakı Şəhidlər Xiyabanında dəfn olunub. Uzun illər qəbri başdaşısız qalıb.

 

Xəbər lenti
0