BAKI, 26 noyabr — Sputnik. Bu ilin oktyabr ayında qeydiyyat orqanlarında 11.211 doğum qeydiyyata alınıb. Ədliyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, doğulanlardan 150-si əkiz, 4-ü isə üçəm olub.
Bundan başqa, qeyd olunub ki, cari ilin 9 ayında qeydiyyat şöbələrində psixoloqla söhbətə cəlb edilən şəxslərdən 238 nəfər, yəni 119 cütlük nikahın pozulmasından imtina edib.