Ermənistanda müharibədən sonra gizlədilən sirr - altından çıxa bilməyəcəklər

© AP Photo / Sergei GritsВоенные каски армянских солдат, фото из архива
Военные каски армянских солдат, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə KİV-i yazır ki, "CNN", "Al Jazeera" və "The Guardian" kimi prestijli media qurumlarında müxbir olan Neil Hauer Ermənistanda bu rəqəmin 10 minə çata biləcəyinin də istisna olunmadığını qeyd edir.

BAKI, 26 noyabr — Sputnik. Ermənistanın Qarabağda gedən müharibə zamanı itkilərinin sayı 10 minə qədər yüksələ bilər. Bu barədə Sputnik Azərbaycan Türkiyənin "Milliyet" nəşrinə istinadən xəbər verir.

Nəşr qeyd edir ki, Ermənistan tərəfi hələ xeyli sayda hərbçinin itkin düşdüyünü bildirir. Artıq bu ölkədə Qarabağ müharibəsi zamanı erməni hərbçilər arasında itkilərin 8 min ola biləcəyinə dair fikirlər irəli sürülür.

Türkiyə KİV-i yazır ki, "CNN", "Al Jazeera" və "The Guardian" kimi prestijli media qurumlarında müxbir olan Neil Hauer Ermənistanda bu rəqəmin 10 minə çata biləcəyinin də istisna olunmadığını qeyd edir.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu) Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Dekabrın 1-də Laçın rayonun Azərbaycana qaytarılması nəzərdə tutulur. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Xəbər lenti
0