https://sputnik.az/20201126/-boyu-bayraq-tikib-insanlara-temennasiz-paylayan-derziler-425568391.html
Qələbə xidmətçiləri: Gecə boyu bayraq tikib insanlara təmənnasız paylayan tovuzlu dərzilər
Qələbə xidmətçiləri: Gecə boyu bayraq tikib insanlara təmənnasız paylayan tovuzlu dərzilər
Sputnik Azərbaycan
Tovuz rayonu Qovlar şəhərində yaşayan dərzilər müharibə başlayan andan hər gün bayraq tikərək insanlara təmənnasız paylayıblar. Dərzi Leyli Əliyevanın ən böyük... 26.11.2020, Sputnik Azərbaycan
2020-11-26T15:38+0400
2020-11-26T15:38+0400
2021-11-16T23:32+0400
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/1a/425568312_0:-1:1911:1080_1920x0_80_0_0_4accfaf5910c0a06d235c2e9137db5ca.jpg
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2020
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/1a/425568312_0:-1:1719:1080_1920x0_80_0_0_23e453720995b70f3bfa3f2b351e18d3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, multimedia, azərbaycan
xəbərlər, multimedia, azərbaycan
Qələbə xidmətçiləri: Gecə boyu bayraq tikib insanlara təmənnasız paylayan tovuzlu dərzilər
15:38 26.11.2020 (Yenilənib: 23:32 16.11.2021) Tovuz rayonu Qovlar şəhərində yaşayan dərzilər müharibə başlayan andan hər gün bayraq tikərək insanlara təmənnasız paylayıblar. Dərzi Leyli Əliyevanın ən böyük arzusunun nə olduğunu isə videomuzda izləyin.
İndi bayrağımız ölkəmizin hər yerini bəzəyir. Kəndlərimizdə, ucqar qəsəbə və yaşayış məntəqələrində bayraqsız bir küçə, bir məkan da yoxdur. Bayraq tələbatının aradan qalxması yolunda dərzilərimizin də xidməti böyükdür. Tovuz rayon Qovlar şəhərində yaşayan dərzilər də müharibə dövründə hər gün bayraq tikərək təmənnasız paylayıblar.
Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan dərzi Leyli Əliyeva əvvəllər bayraq tikmədiyini deyib. Lakin müharibə başlayan gündən bayrağa olan böyük tələbatı görüb digər sifarişlərini kənara ataraq yalnız bayraq tikməyə başladığını söyləyib.
“Bayraq bizim ləyaqətimizdi. Bayraq bizim şərəfimizdi. Müharibə başlayandan sonra gördüm ki, insanlar dükanlarda bayraq tapa bilmirlər. Tapanlar bahalığından şikayət edirlər. Mən də qərara gəldim ki, bu müharibəyə bacardığım qədər mən də köməkçi olum”, - deyə o, bizimlə bölüşüb.
Qələbə xidmətçisi ən böyük arzusunun tezliklə Qarabağa gedərək tikdiyi bayraqlardan birini Xurşidbanu Natəvanın qəbri üstünə sərmək olduğunu bildirib.