QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Şuşa qərargahının bayrağı nəhayət evinə qayıdacaq – video

Abunə olmaq
Bir vaxtlar Şuşa şəhəri qərargahının bayrağı hazırda Masallı rayonunda kiçik muzeydə saxlanılır. Muzeyin yaradıcısı Əmirəli Yaqubov onu göz bəbəyi kimi qoruyub və yenidən Şuşada dalğalandıracağı günü gözləyir.

Masallı rayonu Xırmandalı kənd sakini Əmirəli Yaqubov 20 il bundan əvvəl Kənd Mədəniyyət evində muzey yaradıb. Onun yaratdığı muzeyin ən dəyərli eksponatı isə bir vaxtlar Şuşa şəhərinin qərargahından dalğalanan bayraqdır. 1992-ci ildə Şuşa şəhəri işğal edilərkən ermənilərin əlinə keçməsin deyə, zabitlərdən biri onu qoruyub saxlayıb. Daha sonra isə bayraq muzeydə saxlanması üçün Yaqubova verilib.

Şuşa, qədəmlərinə qurban! Bakı mədəniyyət beşiyimizin işğaldan azad edilməsini necə bayram edir – video  - Sputnik Azərbaycan
VİDEO
Şuşa, qədəmlərinə qurban! Bakı mədəniyyət beşiyimizin azad edilməsini necə bayram edir
“Bu bayraq 8 il bundan qabaq kənddə vətənpərvər mövzuda tədbir keçirilərkən mənə hədiyyə verilib ki, muzeydə qorunub saxlansın. Mən də onu həmin gündən göz bəbəyim kimi qoruyuram”, deyə muzeyin yaradıcısı Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə paylaşıb.

Yaqubovun dediyinə görə, bayraq Şuşa şəhəri uğrunda döyüşlərdə olub. Bayraq ona veriləndə, üzərində qan ləkəsi var imiş, o isə bilmədən ləkəni yudurub.

İllərdir bu bayrağı yenidən Şuşada sancmaq arzusu ilə yaşayan Yaqubovun arzusu nəhayət ki, çin olacaq.

Xəbər lenti
0