Портфель чиновника, фото из архива - Sputnik Azərbaycan
SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Əvvəl siyasətçilər, sonra hərbçilər, indi də alimlər - Hər kəs onun istefasını istəyir

© Sputnik / Valeriy Melnikov / Fotobanka keçməkПремьер-министр Армении Никол Пашинян, фото из архива
Премьер-министр Армении Никол Пашинян, фото из архива - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Ermənistan Milli Elmlər Akademiyası ölkə rəhbərliyinin elmə qarşı passiv münasibətini də tənqid edib.

BAKI, 25 noyabr — Sputnik. Ermənistan Milli Elmlər Akademiyasının (EMEA) Prezidiumu Ermənistan Baş naziri Nikol Paşinyan və onun hökumətinin istefaya göndərilməsini tələb edir. Sputnik Ermənistan xəbər verir ki, bu barədə məlumat EMEA-nın rəsmi saytında bildirilir.

EMEA, həmçinin Qarabağla bağlı üçtərəfli bəyanatı erməni xalqı üçün alçaldıcı hesab edir.

Bundan əlavə, bəyanatda qeyd olunur ki, EMEA ölkə rəhbərliyinin elmə qarşı passiv münasibətini də tənqid edib.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Belə ki, noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-dək Azərbaycan Respublikasına qaytarılır. 2020-ci il noyabrın 15-də Azərbaycan Respublikasına Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu qaytarılır. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала