CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda velosiped və skuter icarəsi sistemi tətbiq oluna bilər

© AFP 2024 / NOEL CELISВелосипедист, фото из архива
Велосипедист, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Velosiped və skuter icarəsi sistemi avtomatlaşdırılmış stansiyalardan birində velosipedi icarəyə götürməyə, səyahət edərək onu eyni şəhərdə yerləşən istənilən kirayə nöqtəsinə qaytarmağa imkan yaradır.

BAKI, 25 noyabr — Sputnik. Bakı Nəqliyyat Agentliyinə (BNA) avtomobil, velosiped və skuter icarəsi xidmətlərinin ("Car-sharing", "Bike-sharing" və "Scooter-sharing") tətbiq olunması ilə bağlı təkliflər daxil olub. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu "Caspian Energy Club"ın təşkilatçılığı ilə keçirilən "Online Baku City Forum"da çıxış edən BNA-nın Yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərov deyib.

Onun sözlərinə görə, BNA tərəfindən velosiped və skuterlərin icarəsi xidmətlərinin tətbiq olunmasına daha çox diqqət ayrılır: "Avtomobillərin icarəsi sisteminə gəldikdə, bu istiqamət hələ Avropada belə yeni tətbiq olunduğu üçün onun nə dərəcədə uğurlu sistem olduğu araşdırılmalıdır. "Bike-sharing" və "Scooter-sharing"-lə bağlı hazırda beynəlxalq və yerli şirkətlərlə müzakirələr aparılıb. Təkliflər var, hazırda onlar dəyərləndirilir. Bu xidmətlərin tətbiqində əsas məsələ velosiped yollarının olmasıdır".

Velosiped və skuter icarəsi sistemi avtomatlaşdırılmış stansiyalardan birində velosipedi icarəyə götürməyə, səyahət edərək onu eyni şəhərdə yerləşən istənilən kirayə nöqtəsinə qaytarmağa imkan yaradır.

Xəbər lenti
0