BAKI, 24 noyabr — Sputnik. "Hazırda koronavirusa qarşı effektli müalicə yoxdur. Hazırkı dövrdə antimikrob dərmanlardan istifadə bu preparatlara qarşı davamlılığının yaranmasına səbəb ola bilər".
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunmuş virtual mətbuat konfransında ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib. Onun sözlərinə görə, antimikrob dərmanlardan uzunmüddətli istifadə ictimai səhiyyə üçün təhdid yaradır: "Hazırkı statistikaya görə, xəstəxanaya yerləşdirilən koronavirus xəstələrinin səkkiz faizində bakterial və ya göbələk infeksiyası var. Bu da həmin xəstələrin 72 faizinin antibiotik istifadəsini göstərir. Yüngül gedişli xəstəliklərdə antibiotiklərdən istifadə edilməsi düzgün deyil".
O qeyd edib ki, COVID-19 pandemiyası dünyada antibiotiklərdən istifadənin artmasına səbəb olub: "Antibiotiklərdən düzgün istifadə edilməməsi onun təsirinin azalmasına səbəb ola bilər".