CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıya və regionlara paylanılan peyvəndlərin 80 faizi artıq istifadə edilib

© AP Photo / LM OteroВакцинация, фото из архива
Вакцинация, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ölkəyə gətirilən qrip peyvəndlərinin çox hissəsi əhalinin vaksinasiyasına istifadə edilib və Bakıya və regionlara paylanılan peyvəndlərin 80 faizi artıq istifadə edilib.

BAKI, 24 noyabr — Sputnik. Azərbaycanda oktyabrın 12-dən mövsümi qripə qarşı tətbiq edilən peyvənd kampaniyası artıq yekunlaşmaq üzrədir. Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı Antimikrob preparatlara davamlılıqla bağlı müzakirə aparmaq və antibiotiklərin düzgün istifadəsi barədə məlumatlılığı artırmaq üçün Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyi Səhiyyə Nazirliyi, TƏBİB və Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə təşkil olunan brifinqdə Nazirliyin Sanitariya-Epidemioloji Nəzarət Şöbəsinin müdiri Nəzifə Mürsəlova deyib.

O bildirib ki, ölkəyə gətirilən qrip peyvəndlərinin çox hissəsi əhalinin vaksinasiyasına istifadə edilib və Bakıya və regionlara paylanılan peyvəndlərin 80 faizi artıq istifadə edilib.

Nazirlik rəsmisi bildirib ki, qrip peyvəndi nəzərdə tutulduğu kimi tibb işçiləri, hamilə qadınlar, xroniki tənəffüs problemi olan 6 aydan böyük uşaqlar və böyüklərə vurulub: "Bundan başqa, qeyd edim ki, sadaladığım kateqoriyalardan başqa şəxslər də mövsümi qrip peyvəndi almaq üçün yerli poliklinik müəssisələrə müraciət edirlər”.

Xəbər lenti
0