CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəhidimizin yarımçıq qalmış evini dövlət tikəcək

© AR Ministry of Labour and Social Protection of the PopulationGörüş
Görüş - Sputnik Azərbaycan
Abunə olmaq
Nazirlik Vətən müharibəsində şəhid olmuş qəhrəmanımızın tikintisi yarımçıq qalmış evinin inşasını sosial tərəfdaşlarla birgə başa çatdıracaq

BAKI, 23 noyabr — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsində şəhid olmuş qəhrəmanımızın tikintisi yarımçıq qalmış evinin inşasını başa çatdıracaq. Bu barədə Sputnik Azərbaycan-a Nazirlikdən daxil olan məlumatda bildirilir.

Xəbərdə qeyd edilir ki, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Qəribov Asif Səxavət oğlunun ailəsinin maddi vəziyyəti, ağır ev şəraiti barədə sosial şəbəkə səhifələrinin birindən məlumat əldə edilib. Məlumatla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Şirvan şəhərində yaşayan həmin ailə ilə görüşüblər: "Şəhidimizin ailəsi üç nəfərdən (anası Qəribova Mərmər Qərib qızından və azyaşlı bacı və qardaşından) ibarətdir. Vətən müharibəsinə getməzdən öncə Asif işləyərək ailəsi üçün ev tikdirirmiş.

Nazirlik Vətən müharibəsində şəhid olmuş qəhrəmanımızın tikintisi yarımçıq qalmış evinin inşasını sosial tərəfdaşlarla birgə başa çatdıracaq. Hazırda ailəyə ailə başçısını itirməyə görə müavinət və ünvanlı sosial yardım formasında sosial ödənişlər (ümumilikdə aylıq 445 manat) verilir.

Zəruri sənədləşmədən sonra onlara Prezidentin aylıq təqaüdü (300 manat) də təyin olunacaq. Eyni zamanda, özünüməşğulluq proqramı çərçivəsində şəhidin anası M.Qəribova üçün kiçik müəssisə yaradılması da qərara alınıb".

Xəbər lenti
0