CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda "Pit-stop" sökülür, hərbi parad olacaq? - FOTO

© Sputnik / Irade JELILBakıda "Pit stop"un sökülməsi
Bakıda Pit stopun sökülməsi - Sputnik Azərbaycan
Abunə olmaq
Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Prezidenti İlham Əliyev əldə edilən qənimətin Bakıda Azərbaycan vətəndaşlarına nümayiş etdiriləcəyini demişdi.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 23 noyabr — Sputnik. Bir neçə il əvvəl "Hökumət Evi"nin qarşısında quraşdırılan "Pit-stop" sökülür.

Sputnik Azərbaycan xəbər verir ki, bir neçə gündür ki, söküntü işlərinə başlanılıb. "Bakı Şəhər Halqası" şirkətinin məlumatına görə, ilkin təqvimə görə, "Formula 1" Azərbaycan Qran-Prisi gələn ilin iyun ayının 6-na planlaşdırılıb. Yəni hazırda "Pit-stop"un sökülməsi yarışın keçrilməsinə təsir etməyəcək. Belə ki, "Pit-stop" binasının gələn ilin fevralında yenidən quraşdırılması gözlənilir.

"Pit-stop" Azərbaycanda keçirilən Azərbaycan Qran-Prisi üçün nəzərdə tutulmuşdu. Hökumət evi qarşısında "Pit-stop" binası tikilmiş, təhlükəsizlik baryerləri quraşdırılmışdı. Yarışa sayılı günlər qalanda baryerlərin üzərində şəbəkələr qurulmuşdu.

© Sputnik / Irade JELIL
Bakıda Pit stopun sökülməsi - Sputnik Azərbaycan
1/6
© Sputnik / Irade JELIL
Bakıda Pit stopun sökülməsi - Sputnik Azərbaycan
2/6
© Sputnik / Irade JELIL
Bakıda Pit stopun sökülməsi - Sputnik Azərbaycan
3/6
© Sputnik / Irade JELIL
Bakıda Pit stopun sökülməsi - Sputnik Azərbaycan
4/6
© Sputnik / Irade JELIL
Bakıda Pit stopun sökülməsi - Sputnik Azərbaycan
5/6
© Sputnik / Irade JELIL
Bakıda Pit stopun sökülməsi - Sputnik Azərbaycan
6/6
1/6
2/6
3/6
4/6
5/6
6/6

Qeyd edək ki, yaxın günlərdə Bakıda Azərbaycanın Vətən müharibəsində Qələbəsinin şərəfinə hərbi paradın keçirilməsi gözlənilir.

Artıq Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda əks-hücum əməliyyatı zamanı ələ keçirdiyi Ermənistan silahlı qüvvələrinə məxsus hərbi texnikanın Bakıya gətirilməsi prosesinə başlanılıb.

Belə ki, 44 gün davam edən döyüşlərdə Azərbaycan Ordusu qarşı tərəfin 500-dən çox hərbi texnikasını ələ keçirib. Bunların arasında tanklar, piyadaların döyüş maşınları, digər silahlar var.

Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Prezidenti İlham Əliyev əldə edilən qənimətin Bakıda Azərbaycan vətəndaşlarına nümayiş etdiriləcəyini demişdi.

Xəbər lenti
0