Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Məşhur serial ulduzu vəfat edib

CC BY 2.0 / Walt Stoneburner / She Captured My HeartСилуэт женщины, фото из архива
Силуэт женщины, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Aktrisanın ölüm səbəbi hələ açıqlanmayıb. Bundan bir il əvvəl Meksikanın məşhur media orqanlarında aktrisanın ağciyər xərçəngi olması və xəstəliyə qalib gəlməsi haqqında materiallar dərc olunmuşdu

BAKI, 23 noyabr — Sputnik. "Yabanı qızılgül" və "Varlılar da ağlayır" seriallarında yaratdığı obrazlarla məşhurlaşan meksikalı aktrisa Maleni Morales vəfat edib.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, bu barədə Meksika Milli Aktyorlar Birliyi "Twitter" səhifəsində məlumat verib.

​Aktrisanın ölüm səbəbi hələ açıqlanmayıb. Bundan bir il əvvəl Meksikanın məşhur media orqanlarında aktrisanın ağciyər xərçəngi olması və xəstəliyə qalib gəlməsi haqqında materiallar dərc olunmuşdu.

Morales karyerası boyunca "Varlılar da ağlayır"("Los ricos tambien lloran, 1979-1980), "Yabanı qızılgül" ("Rosa Salvaje", 1987-1988), "Kamila" kimi seriallarda rol alıb.

Xəbər lenti
0