CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müvəqqəti haldır - Azərbaycanın baş psixiatrından koronavirusa yoluxanlara təskinlik

© Depositphotos.com / SergeyNivensВрач указывает на снимок головы пациента
Врач указывает на снимок головы пациента - Sputnik Azərbaycan
Abunə olmaq
COVID-19 virusunun ciddi psixi pozğunluqlara səbəb olması ilə bağlı dəqiq məlumat yoxdur, ancaq bu azarın bir çox ağırlaşmalara, o cümlədən, nevroloji xəstəliklərə gətirib çıxardığı məlumdur.

Zarina Orucəliyeva, Sputnik Azərbaycan

BAKI, 23 noyabr — Sputnik. Azərbaycan Səhiyyə Nazirliyinin Psixoloji Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov Sputnik Azərbaycan-a müsahibəsində bildirib ki, koronavirus insanın idrak funksiyalarının müəyyən qədər azalmasına təsir göstərsə də, bu, müvəqqəti xarakter daşıyır.

COVID-19 yaddaşın pisləşməsi, zehni qabiliyyətin zəifləməsi və beyin fəaliyyətinin digər funksiyalarında bu xəstəliyə yoluxmadan öncəki dövrə nisbətən azalmaya səbəb ola bilər. Lakin mütəxəssis bildirib ki, koronavirusdan müalicə alıb sağalanların narahat olmasına əsas yoxdur, çünki bu təzahürlər müvəqqətidir. Buna bənzər hallar başqa hər hansı bir ciddi və uzunmüddətli xəstəlik keçirmiş insanlarda da tez-tez müşahidə olunur.

"İnsanlar ağır və uzun müddətli xəstəlik keçirib sağalandan sonra onlarda diqqət, qısamüddətli yaddaş, assosiativ proseslərin sürəti müəyyən müddətə aşağı düşə bilər. Amma bu, demensiya və ya amneziyaya gətirib çıxartmır", – deyə İsmayılov bildirib.

Onun sözlərinə görə, hətta adi qripə yoluxan insanda belə əsəbilik, diqqətin cəmləşdirilməsində çətinliklər və bəzən unutqanlıq müşahidə olunur.

COVID-19 virusunun ciddi psixi pozğunluqlara səbəb olması ilə bağlı dəqiq məlumat olmasa da, bu azarın bir çox ağırlaşmalara, o cümlədən, nevroloji xəstəliklərə gətirib çıxardığı məlumdur. Narahatlıq hallarının artması da istisna olunmur. O cümlədən, travma sonrası stress də yaşana bilər.

Военнослужащий и сотрудник полиции в медицинских масках на улицах Баку - Sputnik Azərbaycan
SƏHİYYƏ
Evin kandarına çıxanda da maska taxın - Polisdən xəbərdarlıq

Mütəxəssisin sözlərinə görə, son zamanlar koronavirus keçirmiş insanlar depressiya, narahatlıq və obsessivlik şikayətləri ilə həkimlərə müraciət edirlər.

Bununla yanaşı, İsmayılov bildirib ki, yaxın gələcəkdə yaddaş pozğunluğundan şikayət edən insanların sayının artacağı gözlənilir.

Koronavirus xəstələrinin xarici mətbuatda əks olunmuş hekayətləri göstərir ki, bu azara yoluxmuş şəxslərdə bir neçə həftə ərzində nəfəs alma və diqqətin cəmləşdirilməsi ilə bağlı problemlər davam edir.

Qeyd edək ki, Rusiyanın V.A.Almazov adına Mili Tibbi Tədqiqatlar Mərkəzinin direktoru, Rusiya Elmlər Akademiyasının akademiki, Kardiologiya Cəmiyyətinin prezidenti Yevgeni Şlyaxto mətbuata müsahibəsində bildirmişdi ki, koronavirus bir sıra hallarda ürək-damar sistemində də fəsadlara yol açır.

Digər rus həkimləri isə bu fikirdədirlər ki, yeni tip koronavirusa yoluxan xəstələrdə yaranan tromboz infarkt, iflic və ya qanqrenaya gətirib çıxara bilər.

Xəbər lenti
0