CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

COVID xəstəsi ət satırmış

© AFP 2024 / GEOFFROY VAN DER HASSELTМясная лавка, фото из архива
Мясная лавка, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ərkivan qəsəbə sakini Mövsüm Kazımova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və ona tətbiq olunan qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.

BAKI, 23 noyabr — Sputnik. Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVID-19 infeksiyasına yoluxmuş rayon sakininin yaşayış yerini tərk edərək işlədiyi ət dükanında olduğu müəyyən edilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Masallı rayonunun Ərkivan qəsəbə sakini Mövsüm Kazımova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və ona tətbiq olunan qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.

Ситуация в связи с эпидемиологической обстановкой в Турции - Sputnik Azərbaycan
Türkiyədə koronavirus peyvəndi pulsuz vurulacaq
Lakin Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin yaşayış yerini tərk etdiyi müəyyən edilib və o işlədiyi Ərkivan qəsəbəsində yerləşən ət dükanında aşkarlanıb. M.Kazımov polis əməkdaşları tərəfindən nəzərdə tutulmuş qaydalara uyğun olaraq dərhal təcili tibbi yardım vasitəsilə yaşadığı evə aparılıb.

İşlədiyi mağaza isə Qida təhlükəsizliyi İdarəsinin əməkdaşları və Gigiyena və Epidemiologiya İdarəsinin əməkdaşları tərəfindən baxış keçirildikdən sonra bağlanıb.

COVID-19 infeksiyasının daşıyıcısı olan M.Kazımovla profilaktik söhbətlər aparılıb, onun bu hərəkətlərinin digər şəxslərin həyat və sağlamlığı üçün təhlükəli olduğu diqqətinə çatdırılıb və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib.

Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Masallı RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.

Xəbər lenti
0