BAKI, 22 noyabr — Sputnik. Mütəxəssislərin hesablamalarına görə, insan bədəninin tələb etdiyi vitaminlərin 30 faizini qəbul edə bilmir.
Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, çatışmazlıq və düzgün qəbul edə bilməmək normanın ödənilməsinə mane olur.
Biologiya elmləri doktoru Vera Kondensovanın sözlərinə görə, vitamin çatışmazlığını dərman kompleksləri və qidalarla aradan götürmək olar.
Həkimin sözlərinə görə, norma həddini aşmaq olmaz. Doza həddinin aşılması orqanizmə zərər verə bilər. Yüksək doza həddi onkoloji xəstələr üçün xüsusilə təhlükəlidir.
Qeyd edilib ki, ruslarda xüsusilə D vitamini çatışmazlığı müşahidə edilir. İkinci yerdə isə B qrupu vitaminləridir. Bundan daha çox veqanlar əziyyət çəkir. Üçüncü yerdə isə A vitamini yer alıb.
Həkim vitaminləri gündəlik olaraq qəbul etməyi məsləhət görür. Bunları kompleks şəkildə qəbul etmək məsləhətdir. Vitaminlərin qəbulu üçün xüsusi bir saata ehtiyac yoxdur.
Mütəxəssis marketinq ovuna düşməməyi və preparatların qiymətini müqayisə etməməyi tövsiyə edir. Çünki bəzən qiymətində əhəmiyyətli fərq olan bəzi vitaminlərin tərkibi eyni ola bilir.
Daha əvvəl isə immunolqlar orqanizmdə vitamin çatışmazlığının simptomlarını vurğulamışdılar.