BAKI, 21 noyabr — Sputnik. Bu gün gecə saatlarında Xəzər dənizində zəlzələ qeydə alınıb.
Sputnik Azərbaycan Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ yerli vaxtla 21.11.2020-ci il tarixində saat 02:59-da qeydə alınıb.
Qeyd edək ki, dərinliyi 14 km, maqnitudası 3 olan zəlzələ hiss olunmayıb.