Tramp dərman şirkətlərinin seçkidə ona qarşı təxribat törətdiklərini deyib

© REUTERS / TOM BRENNERПрезидент США Дональд Трамп, фото из архива
Президент США Дональд Трамп, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Trampın sözlərinə əsasən, iri dərman istehsalçısı olan Pfizer BioNTech ilə birgə hazırlanmış koronavirus əleyhinə uğurlu peyvənd barədə xəbərin yayılmasını qəsdən gecikdirib

BAKI, 21 noyabr — Sputnik. ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, iri əczaçılıq və texnoloji şirkətləri, həmçinin KİV onun seçkilərdə məğlubiyyətinə nail olmağa çalışıblar.

"İri əczaçılıq şirkətləri seçki kampaniyası zamanı mənim əleyhimə milyonlarla dollar qiymətində neqativ reklam həyata keçiriblər, amma seçkini mən udmuşam. Bunu hələ aydınlaşdırcağıq. Təxminən 74 milyon səslə. Bizə qarşı iri əczaçılıq şirkətləri idi. KİV bizə qarşı idi. İri texnoloji şirkətlər bizə qarşı idilər", - o bildirib.

Bundan əlavə, Trampın sözlərinə əsasən, iri dərman istehsalçısı olan Pfizer BioNTech ilə birgə hazırlanmış koronavirus əleyhinə uğurlu peyvənd barədə xəbərin yayılmasını qəsdən gecikdirib və bununla hazırkı prezidentin seçkilərdə qələbə şansını artırmaq istəyib.

ABŞ-da prezident seçkləri noyabrın 3-də keçirilib, lakin səslərin sayılması hələ başa çatmayıb. Demokratların namizədi Co Bayden artıq öz qələbəsini elan edib. Dünya liderlərinin çoxu onu təbrik etsə də, digər namizəd Donald Tramp özünü məğlub saymır və məhkəməyədək getmək fikrindədir.

Xəbər lenti
0