BAKI, 21 noyabr — Sputnik. İngiltərənin Northamptonşir bölgəsində Rotuel şəhərinin sakini, nadir görülən elektrik enerjisi allergiyasından 4 il əziyyət çəkib.
Sputnik Azərbaycan xarici məbtuata istinadla xəbər verir ki, 48 yaşlı 3 uşaq atası Bruno Berrik iddia edir ki, o qeyri-adi simptomları 4 il əvvəl müşahidə etməyə başlayıb.
O, tez yorulmağa, bədənində və başında yanğı hiss etməyə başlayıb. Bundan başqa, o, gözlənilmədən 30 kiloqram arıqlayıb.
Britaniyalı, bir neçə ölkədə o cümlədən ABŞ və Almaniyada müayinələrə 200 min funt xərcləyərək, vəziyyətinin səbəbini öyrənməyə çalışıb.
"Bilmirdim məndə nə baş verir. Evimizdə kabel internet, smart televizor vardı. 95 kiloqram çəkisi olan güclü inşaatçı idim və bir torba sümüyə çevrildim. Xroniki yorğunluğa görə, yarım il yataq xəstəsi oldum", - deyə o, bildirib.
Nəticədə Amerikanın Sietl şəhərində ona pestisid zəhərlənməsi diaqnozu qoyulur.
"2016-cı ildə pestisidlərdən zəhərləndim, çünki dərman verilən bir sahənin yanında yaşayırdım. O, immunitet sistemimi məhv etdi. Yoluxdum və indi kameranın yanında olsam, radiasiyadan özümü pis hiss edirəm", - Berrik deyib.
Həkimlər Berrikdə elektromaqnit həssaslığının inkişaf etdiyi qənaətinə gəliblər. Yaşaya bilmək üçün o, evini elektromaqnit sahəsindən və ağır 5G rabitəsindən qoruyan xüsusi bir boya ilə örtməli olub. Hazırda bu evdə 34 yaşlı həyat yoldaşı və üç qızı ilə yaşayır.
Berrik ailəsi demək olar ki, elektrik enerjisi istifadə etmir. Evində internet, istilik və ya mobil rabitə yoxdur. Çambersin dediyinə görə, sevgilisi evdən çıxmağa çalışır: "Çölə çıxa bilmir, çünki hər yerdə telefonu olan insanlar var. Onların yanından keçsə, sözün əsl mənasında beş dəqiqədə iflic ola bilər".