Fransa yenə qarışdı, polis nümayişçilərə divan tutdu

© AFP 2024 / LUDOVIC MARINФлаг Франции, фото из архива
Флаг Франции, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Fransa polisi "Qlobal təhlükəsizlik haqqında" qanun layihəsinə etiraz edən ölkə vətəndaşlarına qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.

BAKI, 21 noyabr — Sputnik. Fransada ölkə parlamentinə baxılması üçün təqdim edilən "Qlobal təhlükəsizlik haqqında" qanun layihəsinə etiraz edən ölkə vətəndaşları nümayişlərə başlayıb. 

Lakin Paris polisi onlara qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.

Sputniknews-un məlumatına görə, nümayişçilər Trokadero meydanına toplaşaraq tonqal yandırıblar. Onları aksiyanı dayandırmağa çağıran polisə isə fişəng və butulka atıblar. Bundan sonra polislər heç bir xəbərdarlıq etmədən etirazçılara qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə ediblər.

Nümayişlər ölkənin digər şəhərlərində də baş verib. Belə ki, Lill şəhərində 1000-dən çox insan, təxminən eyni sayda nümayişçi Ren, 1,3 min nəfər isə Montpelier şəhərinin küçələrinə çıxaraq qanununun 24-cü maddəsinə etiraz edib.

24-cü maddəyə görə, əməliyyat zamanı polis və ya jandarmın kimliyini müəyyənləşdirməyə kömək edəcək üz və ya bədənin digər hissələrinin şəklinin yayılması qarşılığında cərimə və ya bir il müddətinə həbs cəzası nəzərdə tutulur.

Jurnalistlərin həmkarlar ittifaqları və hüquq müdafiəçiləri isə bu maddənin jurnalistlərin, sadə vətəndaşların polis məmurlarını, eləcə də polis zorakılığını qeydə almalarını mümkünsüz edəcəyini düşünür.

Xəbər lenti
0