BAKI, 21 noyabr - Sputnik. ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin yanvar müqaviləsinin dəyəri 1,72% artaraq 1 barelə görə 44,96 dollar təşkil edib.
Sputnik Azərbaycan-n məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında gələn ilin yanvarında ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,98% artaraq 42,15 dollar təşkil edib.