CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Buker mükafatının qalibi məlum oldu

© © David Parry / thebookerprizes / AFP"Shuggie Bain" kitabı
Shuggie Bain kitabı  - Sputnik Azərbaycan
Abunə olmaq
44 yaşlı D.Stüart Buker mükafatını alan ikinci şotlanddır. Bundan əvvəl, "How late it was, how late" romanına görə Ceyms Kelman (1994-cü il) bu mükafata layiq görülmüşdü.

BAKI, 21 noyabr — Sputnik. 2020-ci il üçün ədəbiyyat sahəsində Buker mükafatının sahibi bəlli olub. Bu, "Shuggie Bain" debüt romanı ilə namizəd göstərilən Duqlas Stüartdır.

Sputnik Azərbaycan xarici KİV-ə istinadən xəbər verir ki, roman 1980-ci illərdə Qlazqoda kasıb bir oğlan uşağının böyüməsindən bəhs edir. Qəhrəmanın anası alkoqolizmdən əziyyət çəkir.

Əsər yazıçının alkoqolizmdən əziyyət çəkən anasına həsr edilib. Stüart 16 yaşında olanda anası vəfat edib.

44 yaşlı D.Stüart Buker mükafatını alan ikinci şotlanddır. Bundan əvvəl, "How late it was, how late" romanına görə Ceyms Kelman (1994-cü il) bu mükafata layiq görülmüşdü.

Məlumat üçün bildirək ki, Buker mükafatı (tam adı Man Booker Prize for Fiction - Ədəbiyyat üzrə Men Buker mükafatı, 1968-2002-ci illərdə Buker-Makkonnel mükafatı - red) hər il Britaniya Millətlər Cəmiyyəti və İrlandiya Respublikası vətəndaşına verilir.

Buker mükafatı ilk dəfə Buker-Makkonnel tərəfindən 1968-ci ildən təqdim olunmağa başlanılıb. Həmin vaxtdan 2002-ci ilə qədər onun mükafat fondu 21 min ingilis funt sterlinqinə bərabər olub. 2002-ci ildə Men Qrup şirkəti mükafatın rəsmi sponsoru olduqdan sonra mükafat fondu 50 min ingilis funt sterlinqinə qaldırılıb.

Xəbər lenti
0