BAKI, 20 noyabr — Sputnik. Milli Məclisin deputatları koronavirusa yoluxub.
“Report”un əldə etdiyi məlumata görə, bir neçə gün əvvəl deputat Azər Badamov və Tahir Kərimlidə COVID-19 aşkarlanıb.
Milli Məclis üzvlərinin koronavirusla bağlı verdikləri testlərin nəticəsi pozitiv olub.
Deputatlar hazırda xəstəxanaların birində müalicə alır.