Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Fermerlərə subsidiyaların ödəniləcəyi tarix açıqlandı

© AP Photo / Hatem MoussaФермер собирает пшеницу, фото из архива
Фермер собирает пшеницу, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət tərəfindən fermerlər tədarükçüyə təhvil verdikləri pambığın hər tonuna görə 100 manat, quru tütünün hər tonuna görə 50 manat, yaş tütünün hər tonuna görə 5 manat, şəkər çuğundurunun hər tonuna görə 4 manat subsidiya ödənilir.

BAKI, 20 noyabr — Sputnik. Fermerlərə məhsul subsidiyasının ödənilməsinə dekabrın ikinci ongünlüyündə başlanacaq. Kənd Təsərrüfatı Nazirliyindən Sputnik Azərbaycan-dan verilən məlumata əsasən, hazırda fermerlərdən təhvil alınan məlumatlar tədarükçülər tərəfindən EKTİS-ə yerləşdirilir.

Bildirilib ki, 2020-ci ildə 99 min 902 hektar sahədən 309 min 267 ton pambıq, 4 min 903 hektar sahədən 213 min 801 ton şəkər çuğunduru və 3 min 144 hektar sahədən 6 min 065 ton quru tütün məhsul yığılıb.Aqrar Kredit və İnkişaf Agentliyi fermerlərə təhvil verdikləri məhsulla bağlı məlumatların tədarükçü tərəfindən EKTİS-də yerləşdirildiyini dəqiqləşdirməyi tövsiyə edib.

Qaydalara əsasən, tədarükçü tərəf fermerdən hansı məbləğdə nə qədər və hansı məhsulu aldığını təsdiqləyən alqı-satqı müqaviləsini və qəbzləri EKTİS-ə yükləməlidir. Qeyd edək ki, dövlət tərəfindən fermerlər tədarükçüyə təhvil verdikləri pambığın hər tonuna görə 100 manat, quru tütünün hər tonuna görə 50 manat, yaş tütünün hər tonuna görə 5 manat, şəkər çuğundurunun hər tonuna görə 4 manat subsidiya ödənilir.

Xəbər lenti
0