Ermənistanın yeni müdafiə nazirini Bakı ilə nə birləşdirir?

© SputnikВагаршак Арутюнян, фото из архива
Вагаршак Арутюнян, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
2002-ci ildə isə Ermənistanın o vaxtkı prezidenti Robert Koçaryan Vaqarşak Arutyunyanı general-leytenant rütbəsindən məhrum edib.

BAKI, 20 noyabr — Sputnik. Ermənistan prezidenti Armen Sarkisyanın sərəncamı ilə bu ölkənin müdafiə naziri David Tonoyan tutduğu vəzifədən azad edilib. Sputnik Azərbaycan xəbər verir ki, Ermənistan prezidentinin digər sərəncamı ilə bu vəzifəyə Vaqarşak Arutyunyan təyin edilib.

Ermənistanın yeni müdafiə naziri 1956-cı ildə noyabrın 28-i Gürcüstanın Axalkələk (Axalkalaki) şəhərində anada olub.

O, 1978-ci ildə Bakıda S.Kirov adına Xəzər Ali Dənizçilik Məktəbini bitirib. Arutyunyan 1978-1990-ci illərdə Uzaq Şərqdə hərbi xidmət keçib.

1991-ci ildə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargahının Hərbi Akademiyasını və Hərbi Dəniz Akademiyasını bitirib.

Vaqarşak Arutyunyan 1991-1992-ci illərdə daxili işlər nazirinin müavini, Ermənistan Respublikasının Müdafiə Komitəsi sədrinin müavini olub.

O, 1992-1994-cü illərdə MDB ölkələrinin Birgə Silahlı Qüvvələri Baş Komandanlığı Baş Qərargah rəisinin müavini vəzifəsini daşıyıb. 

Vaqarşak Arutyunyan 1999-2000-ci illərdə Ermənistanın müdafiə naziri olub. Daha sonra isə o, siyasi fəaliyyətlə məşğul olmağa başlayıb və müxalif "Respublika" partiyasına üzv olub.

2005-ci ildə o, Albert Bazeyanla "Milli Dirçəliş" partiyasının əsasını qoyub. 2007-ci ildə bu partiya Arutyunyanın etirazlarına baxmayaraq "Ramkavar Azatkan" partiyası ilə birləşir.

2002-ci ildə isə Ermənistanın o vaxtkı prezidenti Robert Koçaryan Vaqarşak Arutyunyanı general-leytenant rütbəsindən məhrum edib.

2019-cu ildə isə Ermənistanın hazırkı prezidenti Armen Sarkisyanın sərəncamı ilə onun hərbi rütbəsi bərpa olunub.

Vaqarşak Arutyunyan 20 noyabr 2020-ci ildə Ermənistanın müdafiə naziri təyin olunub.

Xəbər lenti
0