BAKI, 20 noyabr — Sputnik. Ermənistan Müdafiə naziri David Tonoyan istefa verib. Bu barədə Ermənistan KİV məlumat yayıb.
Sputnik Ermənistan-ın məlumatına görə, Ermənistan rəhbərliyi müdafiə naziri postuna Vaqarşak Arutunyanı gətirmək niyyətindədir. Arutunyan hazırda Ermənistanın Baş naziri Nikol Paşinyanın müşaviridir.
Vaqarşak Arutunyan 1999-2000-ci illərdə Ermənistanın müdafiə naziri olub.
Ermənistan rəsmiləri hələlik yayılan məlumatları şərh etmir.