Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Deputat: "Peşə təhsili haqqında" qanunda mütərəqqi dəyişikliklər aparıla bilər

© Sputnik / Murad OrujovЭтибар Алиев, эксперт в области образования
Этибар Алиев, эксперт в области образования  - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Deputat Etibar Əliyev: “Əgər zərurət yaranarsa, sosial tələbat hiss olunarsa, “Peşə təhsili haqqında" qanunda mütərəqqi dəyişiklər aparıla bilər.”

BAKI, 20 noyabr - Sputnik. Azərbaycanda "Peşə təhsili haqqında" qanunda müəyyən dəyişikliklər aparıla bilər. Bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Etibar Əliyev söyləyib. O, bildirib ki, bu, sosial tələbatdan asılı olan məsələdir:

“Hazırda “Ali təhsil haqqında” qanun layihəsi üzərində iş aparılır. Əgər zərurət yaranarsa, sosial tələbat hiss olunarsa, “Peşə təhsili haqqında" qanunda da mütərəqqi dəyişiklər aparmaq mümkündür”.

Qeyd edək ki, Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi hazırlanıb. Həmin sənəddə qeyd olunub ki, ölkədə peşə təhsili müəssisələrinin müvafiq qaydada optimallaşdırılması həyata keçiriləcəkdir.

Strateji yol xəritəsində göstərilir ki, maddi-texniki bazası zəif olan və yüksək ixtisaslı kadrlar hazırlamaq imkanları məhdud olan peşə təhsili müəssisələrinin fəaliyyətinin dayandırılması, müvəqqəti dondurulması və ya onların birləşdirilməsi yolu ilə maddi-texniki bazasının təkmilləşdirilməsi həyata keçirilməlidir. Həmçinin beynəlxalq təcrübəni öyrənməklə müasir standartlara cavab verən tamtəchizatlı yeni peşə təhsili müəssisələrinin qurulması vasitəsilə həyata keçirilə bilər.
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili mərkəzi - Sputnik Azərbaycan
ELM
Peşə məktəbindən əmək bazarına - Onları işə götürməkdən kim imtina edər ki?

Bundan əlavə, 2025-ci ilədək və ondan sonrakı dövrdə inkişaf etmiş peşə-ixtisas təhsili müəssisələri şəbəkəsinin yaradılması istiqamətində mövcud müəssisələrin gücləndirilməsi üçün işəgötürənlərdən və digər tərəflərdən əlavə maliyyə və qeyri-maliyyə yardımlarının cəlb edilməsi mexanizmləri hazırlanacaqdır.

Məlumat üçün qeyd edək ki, prezidentin “Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 20 aprel 2016-cı il tarixli 869 nömrəli  Fərmanı var. Həmin fərmana əsasən Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılıb və onun Əsasnaməsi təsdiq olunub. Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi  ilk peşə-ixtisas təhsili sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edən və əlaqələndirən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ilk peşə-ixtisas təhsili müəssisələrinin fəaliyyətini təşkil edən icra hakimiyyəti orqanıdır.

P.s. Yazı "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi "Yuxarı sinif şagirdləri və ali təhsil almaq imkanı olmayan gənclər arasında peşə təhsilinin təbliği" layihəsi çərçivəsində hazırlanıb.

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала