BAKI, 20 noyabr — Sputnik, Aleksandr Xrolenko, hərbi icmalçı. Rusiya hərbçilərinin Dağlıq Qarabağda olması münaqişənin hərbi həlli ehtimalını praktiki olaraq sıfra endirir, Azərbaycan və Ermənistan rəhbərliyinə danışıqlar masası arxasına qayıtmağa imkan verir. Bu Rusiya xarici siyasətinin effektivliyinin, RF silahlı qüvvələrinin yüksək təşkilatçılıq və döyüş hazırlığı səviyyəsinin göstəricisidir.
Münaqişə zonasındakı sülhməramlı qüvvələr öz hərəkətləri ilə qarşı duran tərəflərin silahlı toqquşmasını istisna edirlər. Rusiya HKQ-nin hərbi-nəqliyyat aviasiyasının təyyarələri Cənubi Qafqazda sabitliyin yeni etibarlı qarantına çevrilən 15-ci motoatıcı briqadanın bölmələrini və texnikasını daşımağa davam edirlər. Əməliyyat başlayandan Xankəndinə və Dağlıq Qarabağın digər yaşayış məntəqələrinə Ermənistandan 4 mindən artıq qaçqın qayıdıb.
Dağlıq Qarabağda mürəkkəb humanitar vəzifələr kompleksini həll etməkdən ötrü İdarələrarası reaksiya mərkəzinin tərkibində Rusiya FHN-in əlahiddə dəstəsi və 5 xüsusi qurum fəaliyyət göstərir.
Müşahidə postları, patrul çəkmə və polis funksiyaları “Şimal” və “Cənub” məsuliyyət zonalarında adi gözlə görünür. Rusiyalı sülhməramlılar Laçın dəhlizi üzrə mülki avtonəqliyatın hərəkətinin təhlükəsizliyini təmin edirlər, silah daşınmasının qarşısını almaq üçün avtomobillərə baxış keçirirlər. Rusiyanın Qarabağdakı əməliyyatının bir çox vəzifələri, strukturu, mexanizmləri və alqoritmləri adi gözlə görünmür. Qarabağdakı vəziyyətin tarixdə analoqu yoxdur və 15-ci motoatıcı briqadanın hərbçilərinə qarşı sərt tələblər irəli sürülür.
Rusiya FTX Ermənistanın Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin etməsinə (hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin maneəsiz hərəkəti) nəzarəti həyata keçirəcək. RF hökuməti sülhməramlıların fəaliyyəti ilə bağlı xərclərin maliyyələşməsini öz üzərinə götürəcək. Belə əməliyyatın qiyməti ildə yüz milyonlarla dollardır (şəxsi heyətin saxlanması, texnikasnın istismarı, yanacaq), lakin Cənubi Qafqazın təhlükəsizliyini pulla ölçmək olmaz.
Əməliyyatın əhəmiyyəti çox böyükdür, reytinqi isə çox yüksəkdir. Düzdür, Rusiyanın Qarabağdakı missiyası ən çoxsaylı deyil (BMT ölçüləri ilə), lakin o, Cənubi Qafqazda və Xəzəryanı bölgədə sabitliyi qoumaq üçün çox vacibdir.
Yaxın xaric
Rusiya sülhməramlıları postsovet məkanında təhlükəsizliyin möhkəmləndiirlməsi üçün çox işlər görüblər – Abxaziyada, Cənubi Osetiyada, Tacikistanda, Dnestryanıda. Lakin Dağlıq Qarabağdakı son hadisələr MDB ölkələri arasında silahlı toqquşma potensialının hələ də qaldığını göstərir.
Bu gün Moldaovanın yeni seçilmiş prezidenti Maya Sandu rusiyalı hərbçilərin Dnestryanıdan çıxarılmasının vacibliyi barədə proqram xarakterli (və ya növbətçi) bəyanatla çıxış edib. Yəqin o yaddan çıxarıb ki, ora Şərqi Avropanın ərazisində yeganə bölgədir ki, 1992-ci müvafiq razılaşmaya uyğun olaraq ildə sülhməramlı kontingentin yerləşdirilməsindən sonra hərbi əməliyyatlar dayandırılıb və 28 il ərzində bərpa edilməyib.
Dnestryanıda Rusiya qoşunlarının Operativ qrupu yerləşir. Onun əsas vəzifələrindən biri Kolbasna yaşayış məntəqəsinin yaxınlığındakı köhnə silah-sursatın nəhəng (20 min tondan çox) və çox təhlükəli arsenalının (1990-cı illərin əvvəllərində Almaniya, Macarıstan və Polşadan sovet qoşunlarının silah-sursatını bura daşıyıblar) qorunmasıdır.
Arsenaı yerində məhv etmək mümkün deyil, çıxarmaq da problemlidir – təxminən 2500 vaqon lazımdır, silah-sursatın 57%-i daşınabilməz vəziyyətdədir. Əgər rusiyalılar getsələr, Moldovada vəziyyət təhlükəli olacaq – sözün əsl mənasında. Praqmatizmə ümid edək.
Sülhməramlıların Mərkəzi Asiya istiqamətində fəaliyyətinin effektivliyini nümunə göstərmək olar. Xatırladım ki, Rusiya, Qazaxıstan, Özbəkistan və Qırğızıstan 1993-cü ildə sonradan regional sabitliyin əsasına çevrilmiş Kollektiv sülhməralı qüvvələrin (KSQ) yaradılması barədə qərara imza atıblar. O zaman KSQ-nin tərkibinə Rusiya silahlı qüvvələrinin 201-ci motoatıcı diviziyası və Qazaxıstan, Özbəkistan və Qırğızıstanın hərbçiləri daxil oldular. Sülhməramlıların kollektiv səyləri ilə elə həmin il Tacikistandakı silahlı münaqişəni yatırmaq mümkün oldu. Respublikada Rusiya FTX-nin sərhəd xidmətinin operativ qrupu qalıb, 2005-ci ildə Tacikistanda 201-ci motoatıcı diviziyanın əsasında Rusiyanın 201-ci hərbi bazası yaradılıb – mahiyyətinə görə sülhməramlı baza.
Rusiya Federasiyası BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi beynəlxalq ictimaiyyətin digər üzvləri ilə birlikdə bütün planet üzrə sülhə görə məsuliyyət daşıyır. Ayrıca (əlahiddə) missiyaların, BMT qüvvələrinin, KTMT kontingentinin tərkibində postsovet məkanında və uzaq xaric ölkələrində millətlərarası və digər münaqişələrin qarşısını alır və aradan qaldırır.
Yuqoslaviyadan Anqolayadək
Rusiya sülhməramlılarının böyük təcrübələri var və təsadüfi deyil ki, hərbi müşahidəçilərin sayına görə BMT-də RF birinci onluqdadır.
Belə missiyaları şərti olaraq iki növə bölürlər – sülhün dəstəklənməsi və güc yolu ilə sülhə məcburetmə. Münaqişə zonasında vəziyyətdən asılı olaraq sülhməramlı qüvvələrin proritet vəzifələri və hərəkətləri, əməliyyatın statusu korrektə edilə bilər. Belə ki, 2008-ci ilin avqustunda gürcü-osetin münaqişəsi zonasında sülhün dəstəklənməsi əməliyyatı Gürcüstanın sülhə məcbur edilməsi əməliyyatına çevrildi.
Rusiya hərbçiləri mürəkkəb beynəlxalq təcrübəni 1992-ci ildən BMT-nin Yuqoslaviyada sülhü dəstəkləmə əməliyyatlarında qazanmağa başlayıblar. Orada Rusiya kontingenti 1600 nəfər olub. Analoji vəzifələr sonradan Anqolada, Liberiyada, Mozambikdə, Kot-d’İvuarda, Ruandada, Burundidə, Efiopiyada, Sudanda, Çadda və Mərkəzi Afrika Respublikasında yerinə yetirilib.
Rusiyalı sülhməramlılar hazırda BMT-nin 9 missiyasında qulluq edirlər: Qərbi Saxarada (MINURSO), MAR-da (MINUSCA), Konqo Demokratik Respublikasında (MONUSCO), Kiprdə (UNFICYP), Sudanda (UNISFA), Kosovoda (UNMIK), Cənubi Sudanda (UNMISS), Yaxın Şərqdə (UNTSO), Kolumbiyada (UNVMC). Ekzotik coğrafiyaya baxmayaraq, bu həyat üçün daim təhlükəli olan ağır işdir. Hər il planetdə 100-dək sülhməramlı həlak olur, özü də əsasən məqsədəyönlü hücumlar nəticəsində.