SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İranın xarici işlər naziri Cavad Zərifin Azərbaycana səfərinin məqsədi bəlli oldu

© Photo : AZƏRTACМинистр иностранных дел Ирана Мохаммад Джавад Зариф
Министр иностранных дел Ирана Мохаммад Джавад Зариф - Sputnik Azərbaycan
Abunə olmaq
Doktor Zərif noyabrın 23-24-də region ölkə rəhbərləri ilə danışıq aparmaq məqsədilə Rusiya və Azərbaycana səfər edəcək

BAKI, 19 noyabr - Sputnik. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana səfər edəcək.  

Sputnik Azərbaycan xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə öz "Twitter" səhifəsində yazıb:

"Doktor Zərif noyabrın 23-24-də region ölkə rəhbərləri ilə danışıq aparmaq məqsədilə Rusiya və Azərbaycana səfər edəcək".

S.Xətibzadə bildirib ki, Zərifin Azərbaycan və Rusiya rəsmiləri ilə danışıqlarının əsas mövzusu Dağlıq Qarabağ və bölgədə baş verən proseslərdir. 

Ötən gün Rusiya KİV-ləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin noyabrın 23-ü Rusiya paytaxtı Moskvaya səfər edəcəyini yazmışdı. 

Qeyd olunurdu ki, İranlı nazir rusiyalı həmkarı Sergey Lavrovla Qarabağ və nüvə razılaşmasına dair məsələləri müzakirə edəcək.

 

Xəbər lenti
0