BAKI, 19 noyabr — Sputnik. "Möhtəşəm Yüz il" serialı ilə ulduzu parlayan aktrisa Məryəm Üzərli yeni çəkildiyi "Kovan" filmindəki obrazına görə Amerikada "Ən yaxşı aktrisa" nominasiyasının qalibi olub.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Amerikada keçirilən "Chelsea Film Festivalı"nda yüksək mükafat qazanan Məryəm Üzərliyə Hollivuddan film təklifi gəlib.
Məryəm Üzərli Hollivuddan gələn film təklifinə rədd cavabı verib. Aktrisanın belə təklifi rədd etməsinin əsas səbəbi isə hamilə olmasıdır. Məryəm Üzərli davam edən pandemiya müddətində heç bir filmə çəkilmək istəmədiyini və hamiləliyini rahat şəkildə sonlandırmaq niyyətində olduğunu bildirib.
Qeyd edək ki, Məryəm Üzərli ikinci dəfə ana olmağa hazırlaşır.