BAKI, 19 noyabr — Sputnik. "Shazam" musiqi tanıma xidməti bütün zamanların ən məşhur mahnılarını sıralayıb.
Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, siyahının ilk yerində avstraliyalı müğənni "Tones and I"ın "Dance Monkey" kompozisiyası qərarlaşıb. Xidmət istifadəçiləri melodiyanı 33 milyon dəfədən çox tanımağa çalışıblar.
İkinci yerdə alman ifaçı Robin Şultz və Fransanın "Lilly Wood & Prickin" qrupunun "Prayer in C" mahnısı qərarlaşıb.
Üçüncü yerə britaniyalı ifaçı "Passenger"in "Let her go" mahnısı çıxıb.
İsveçli "DJ Avicii"dən "Wake me up" və "Major Lazer" musiqi qrupundan "Lean on" bəstəsi siyahıda ilk beşliyi tamamlayıb.