CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Missis Smit" məhkəmədə "Mister Smit"ə məğlub olub

© AP Photo / Amel EmricАнджелина Джоли и Бред Питт на красной дорожке Сараевского кинофестиваля в Сараево, Босния
Анджелина Джоли и Бред Питт на красной дорожке Сараевского кинофестиваля в Сараево, Босния - Sputnik Azərbaycan
Abunə olmaq
Cütlüyə yaxın bir qaynaq, Colinin Oderkirki qərarlarını bəyənmədiyi üçün işdən uzaqlaşdırmaq istədiyini iddia edir. Hollivud ulduzu hakimin keçmiş ərinin vəkil komandasına kömək etdiyinə inanır

BAKI, 19 noyabr — Sputnik. Hollivud aktrisası Ancelina Coli keçmiş əri aktyor Bred Pittə məhkəmədə məğlub olub. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, aktrisa hakim Con Oderkirki boşanma prosesindən kənarlaşdırmaq istəyib. Ancaq buna nail ola bilməyib.

Coli onların boşanma işinə baxan hakimin Pittin vəkilləri ilə işgüzar əlaqələrinin olmasına görə belə bir tələblə çıxış edib. Beləki, Oderkirk əvvəllər aktrisanın ​​keçmiş ərini təmsil edən vəkillik şirkəti ilə işləyib.

Bununla belə, Kaliforniya Ali Məhkəməsi qərarını verib: hakim ulduz cütlüyün boşanması üzərində işləməyə davam edəcək.

Cütlüyə yaxın bir qaynaq, Colinin Oderkirki qərarlarını bəyənmədiyi üçün işdən uzaqlaşdırmaq istədiyini iddia edir. Hollivud ulduzu hakimin keçmiş ərinin vəkil komandasına kömək etdiyinə inanır.

Xəbər lenti
0