CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Badamdar yolunda növbəti sürüşmə baş verib

© Photo : REPORTЗона оползней на Баилово
Зона оползней на Баилово - Sputnik Azərbaycan
Abunə olmaq
Son günlər yağan güclü yağışlar səthi suxurlar, hamarlanma səthində gilcə və qumca suxurlarının yumşalmasına və yamac boyu axmasına səbəb olub.

BAKI, 18 noyabr — Sputnik. Bakının Səbail rayonunda yenidən torpaq sürüşməsi baş verib.

Sputnik Azərbaycan xəbər verir ki, hadisə səhər saatlarında Səbail rayonu Badamdar şosesinin ətrafındakı yamacda qeydə alınıb. Yamacda baş verən sürüşmə nəticəsində torpaq axını aktivləşib. Torpaq axını yola tökülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Badamdar sürüşməyə meylli sahədir və texnogen proseslər bunu daha da sürətləndirir. O, əlavə edib ki, bu gün ərazidə zəif torpaq uçması qeydə alınıb:

"Son günlər yağan güclü yağışlar səthi suxurlar, hamarlanma səthində gilcə və qumca suxurlarının yumşalmasına və yamac boyu axmasına səbəb olub. Nəticədə kiçik istinad divarında zədələnmə qeydə alınıb. Baş verən hadisə ərazidən keçən avtomobil yolunda nəqliyyatın hərəkətində də qismət çətinliklər yaradıb."

Xidmət rəisi vurğulayıb ki, bu ciddi sürüşmə olmasa da, mövsümü vəziyyət bu kimi proseslərin sürətlənməsinə səbəb ola bilər. Onun sözlərinə görə, yamac boyu axan kütlənin eni 3-5 metr, qalınlığı 0,3-0,5 metr olub. Yola tərəf düşən 0,5 metr qalınlığında kütlə isə istinad divarını zədələyib.

Həmin ərazidə aşağıdan gedən kiçik qaz kəmərinə də ziyan dəyib. Hazırda həmin sahədə gərginliyin artması müşahidə edilir. Ə. Əliyev bildirib ki, yağışlı hava şəraiti davam edərsə, yaşayış massivində kanalizasiya sisteminin olmaması və sudan qeyri-səmərəli istifadə bu sürüşmələri daha da gərginləşdirə bilər.

Mütəxəssis bildirib ki, sürüşmələrin baş verməsinə səbəb son günlər yağan yağışlardır. Belə ki, 3 gün ərzində Bakı şəhərinə 45 mm yağış düşüb ki, bu da aylıq normanın 154%-i təşkil edir.

Xəbər lenti
0