SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türkiyə parlamenti Azərbaycana hərbi qüvvələr göndərmək qərarını təsdiqlədi

© AFP 2024 / ADEM ALTANTürkiyə Böyük Millət Məclisi
Türkiyə Böyük Millət Məclisi - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycana hərbi qüvvələr göndərilməsi ilə bağlı qanun layihəsi Türkiyə Böyük Millət Məclisində bu gün müzakirə edilərək qəbul olunub.

BAKI, 17 noyabr - Sputnik. Türkiyə Böyük Millət Məclisi Azərbaycana hərbi qüvvələr göndərilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib.

Sputnik Türkiyə xəbər verir ki, layihə parlamentin bu gün keçirilən iclasında müzakirə olunub və qəbul edilib.

İclasa TBMM-nin sədr müavini, Xalqların Demokratik Partiyasından (HDP) olan deputat Nemətulla Ərdoğmuş rəhbərlik edib.

Sənədin ikinci oxunuşundan sonra, mövzu ilə bağlı 8 millət vəkili çıxış edib. 

TBMM-nin Ədalət və İnkişaf Partiyası (AKP), Miliyyətçi Hərakat Partiyası (MHP), Cümhuriyyət Xalq Partiyası (CHP) və İyi Partiya nümayəndələri qanun layihəsinin lehinə məruzə ediblər. 

Çıxışlarda Azərbaycanın müzəffər ordusunun qələbəsindən, hakimiyyət, xalq və ordu birliyindən qürurla bəhs olunub.

Xalqların Demokrat Partiyasının (HDP) nümayəndəsi isə sənədin əleyhinə çıxış edib.

Müzakirələrdən sonra səsvermə keçirilib və layihə qəbul edilib.

Турецкие солдаты, фото из архива - Sputnik Azərbaycan
Türk Ordusu Azərbaycana gəlir – RƏSMİ

Qeyd edək ki, Azərbaycanla Ermənistan arasındakı münaqişə ilə bağlı atəşkəs rejiminə riayət olunub-olunmadığına nəzarət etmək məqsədilə Azərbaycan ərazilərində birgə müşahidə mərkəzinin yaradılması üçün hərbçilərin göndərilməsi barədə qanun layihəsi Prezident Rəcəb Tayyib Ərdoğanın imzasıya TBMM-ə göndərilib.   
Qərarda Türkiyə ilə Azərbaycan arasında strateji ortaqlıq və qarşılıqlı yardım şərtləri əksini tapıb.

Həmin şərtlərə görə, Dağlıq Qarabağda atəşkəsə nəzarət etmək üçün yaradılacaq Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin harada yerləşəcəyinə Azərbaycan qərar verəcək. 

Mərkəzin Azərbaycanın işğaldan azad edilən ərazilərində yaradılması, hərbçilərin sayının Türkiyənin prezident administrasiyasi tərəfindən müəyyənləşdirilməsi nəzərdə tutulub.

Türk hərbçilər Türkiyə Konstitusiyasının 92-ci maddəsinə uyğun olaraq 1 il müddətində sözügedən Mərkəzdə xidmət edəcəklər.   

Qeyd edək ki, sözügedən qanun layihəsi 16 avqust 2010-cu ildə imzalanmış "Türkiyə və Azərbaycan Respublikaları arasında Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım Anlaşması" əsasında hazırlanıb. 

Xəbər lenti
0