Ermənistanda bir gündə 25 nəfər koronavirusdan öldü

© AFP 2023 / BRYAN R. SMITHПациент с COVİD-19, фото из архива
Пациент с COVİD-19, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistanda son gündə daha 25 nəfər ölüb. Ümumilikdə koronavirusdan ölənlərin sayı artıq 1788-ə çatıb.

BAKI, 16 noyabr — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 117886-ya çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 579 nəfər artıb.

Ermənistanda son gündə daha 25 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 1788-ə çatıb. Xəstəlikdən sağalanların sayı 75865 nəfər olub. Hazırda bu ölkədə 39779 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 54,3 milyonu keçib, 1,31 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0