BAKI, 15 noyabr - Sputnik. ABŞ Prezidenti Donald Tramp seçkilərdə məğlubiyyətini qəbul etmədiyini bildirib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Donald Tramp özünün Twitter səhifəsində yazıb. Onun sözlərinə görə, Co Bayden yalnız yalançı qalibdir:
"Co Bayden yalnız feyk-nyusun gözündə qalib gəlib. Mən heç nəyi qəbul etmirəm! Bizim hələ qarşıda böyük yolumuz var. Bu, seçkilərin saxtalaşdırılması idi".
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 3-də keçirilib. Aparıcı Amerika KİV-ləri əldə olunan məlumatlar əsasında demokratların namizədi Co Baydenin qələbəsini elan edib. Bununla belə, hazırkı Prezident Donald Tramp öz qələbəsini məhkəmədə müdafiə etmək niyyətindədir.