CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda koronavirusla bağlı qorxunc rəqəmlər: 2259 yeni yoluxma

© AFP 2024 / KENZO TRIBOUILLARDТест на коронавирус, фото из архива
Тест на коронавирус, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İndiyədək ölkədə ümumilikdə 75 688 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 55 150 nəfər müalicə olunaraq sağalıb, 967 nəfər vəfat edib, aktiv xəstə sayı 19 571 nəfərdir.

BAKI, 15 noyabr - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2259 yeni yoluxma faktı qeydə alınıb, 1101 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 21 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 75 688 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 55 150 nəfər müalicə olunaraq sağalıb, 967 nəfər vəfat edib, aktiv xəstə sayı 19 571 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 377, ötən müddət ərzində isə ümumilikdə 1516084 test aparılıb.

Xəbər lenti
0