CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İki sutka ərzində ölkədə ictimai nəqliyyat işləməyəcək - Operativ Qərargah

© Sputnik / Murad OrujovАвтобус Bakubus, фото из архива
Автобус Bakubus, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
Operativ Qərargah açıqladı: Bu gündən noyabrın 16-dək Bakıda və daha bir neçə şəhər-rayonda ictimai nəqliyyat işləməyəcək. 

BAKI, 14 noyabr - Sputnik. Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda həftəsonu ictimai nəqliyyat həftəsonu işləməyəcək.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.

Qərara əsasən, 14 noyabr saat 00:00-dan 16 noyabr saat 06:00-dək Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ictimai nəqliyyatın hərəkəti dayandırılır.

Bundan başqa, “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərara edilmiş dəyişikliyə əsasən, Gəncə, Yevlax, Mingəçevir, Şirvan şəhərlərində və Göygöl, Samux, Sabirabad, Ağstafa rayonlarında da 14 noyabr saat 00:00-dan 16 noyabr saat 06:00-dək ictimai nəqliyyat işləməyəcək.

Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti də dekabrın 1-dək dayandırılıb.

Xəbər lenti
0