Ermənistan MTX-nin eks-rəhbəri Paşinyanı öldürməyə cəhd ittihamı ilə həbs edilib

© Photo : official site of the President of RAErmənistan milli təhlükəsizlik xidmətinin keçmiş direktoru, müxalifət olan Vətən Partiyasının sədri Artur Vanesyan
Ermənistan milli təhlükəsizlik xidmətinin keçmiş direktoru, müxalifət olan Vətən Partiyasının sədri Artur Vanesyan - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün günorta saatlarında hüquq-mühafizə orqanları Vanesyanın evində axtarış aparmaq istəsələr də, buna nail ola bilməyiblər.

BAKI, 14 noyabr - Sputnik. Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş başçısı və Vətən Partiyasının lideri Artur Vanesyan hakimiyyəti ələ keçirmək və baş nazir Nikol Paşinyanı öldürmək ittihamları ilə həbs edilib. Sputnik Ermənistan bildirir ki, bu barədə vəkillər Lusine Saakyan və Yervand Varosyanın birgə bəyanatında bildirilir.

Bu gün günorta saatlarında hüquq-mühafizə orqanları Vanesyanın evində axtarış aparmaq istəsələr də, buna nail ola bilməyiblər. Onlar Vanesyanın ev ünvanını düzgün müəyyən edə bilməyiblər. Sonra isə icazə olmadan "Vətən" fondunun ofisində axtarış aparıblar.

Vəkillər bu addımları qanunsuzluq kimi qiymətləndiriblər və "biabırçı təqibetmə" adlandırıblar.

Vanesyan MTX-nın İstintaq departamentinə çağırılaraq orada həbs edilib.

Artur Vanesyan 2018-2019-cu illərdə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri olub.

Xəbər lenti
0