CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Spiker: "Ali Baş Komandanın iradəsi nəticəsində qurtuluş savaşı zəfərlə başa çatıb"

© Photo : Milli Mejlis of the Azerbaijan RepublicAzərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarova
Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarova - Sputnik Azərbaycan
Abunə olmaq
"Həmin ərazilərdə infrastruktur tamamilə dağıdılıb. Müharibənin davam etdiyi dövrdə dövlət başçısı nə qədər təzyiqlərə məruz qalsa da geri çəkilməyib. Demək olar ki, hər gün müharibənin dayandırmağı istəyirdilər. Biz sonsuz qürur hissi ilə Qarabağa qayıdırıq"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 13 noyabr — Sputnik. "Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladığı üçtərəfli bəyanatla Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulub". Sputnik Azərbaycan xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin sədri Sahibə Qafarova deyib.

O bildirib ki, məcburi köçkünlər həmin ərazilərə geri dönəcək.

Sədr bildirib ki, bu müharibədə dünya bir vandallığı da görüb: "Həmin ərazilərdə infrastruktur tamamilə dağıdılıb. Müharibənin davam etdiyi dövrdə dövlət başçısı nə qədər təzyiqlərə məruz qalsa da geri çəkilməyib. Demək olar ki, hər gün müharibənin dayandırmağı istəyirdilər. Biz sonsuz qürur hissi ilə Qarabağa qayıdırıq".

O bildirib ki, Azərbaycan xalqı 30 ildən bəri gözlədiyi böyük qələbənin sevincini yaşayır: "Ali Baş Komandanın möhkəm iradəsi və ordumuzun qüdrəti nəticəsində xalqımızın qurtuluş savaşı zəfərlə başa çatıb və ölkəmizin ərazi bütövlüyü təmin edilib. Azərbaycan üçün mühüm əhəmiyyət kəs edən, Qarabağın incisi Şuşanın müzəffər ordumuz tərəfindən işğaldan azad oluması dillərdə dastan olacaq. Ermənistan elə bir zərbə aldı ki, onun özünə gəlməsi üçün neçə illər lazım olacaq. Bu gün Ermənistanda xaos, hərci-mərclik hokum sürür. Ermənilər işğal olunmuş ərazilərimizi viran qoyub, mədəni-tarixi abidələrimizi məhv edib, milli sərvətlərimiz talan edib".

Xəbər lenti
0