CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı tələbə Polşada hansı şəraitdə ölüb - rəsmilər araşdırır

© AFP 2024 / SANJAY KANOJIAMorqda meyit
Morqda meyit - Sputnik Azərbaycan
Abunə olmaq
Müşviq İsmayılovun meyitinin onun yaşadığı mənzilin yerləşdiyi istiqamətdə meşə massivində tapıldığı bildirilib.

BAKI, 13 noyabr - Sputnik. Azərbaycanın Polşadakı səfirliyi noyabrın 9-da Polşanın Dlugolenka şəhərində 1989-cu il təvəllüdlü Müşviq Asif oğlu İsmayılovun meyitinin tapılması ilə bağlı məsələni nəzarətə götürüb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayevanın açıqlamasında deyilir. 

Onun sözlərinə görə, Dlugolenka Şəhər Polis Komissarlığından Azərbaycan səfirliyinə verilən məlumatda M.İsmayılovun meyitinin onun yaşadığı mənzilin yerləşdiyi istiqamətdə meşə massivində tapıldığı bildirilib:

"Polisin məlumatında tibbi ekspert rəyinə əsasən mərhumun asılaraq intihar etdiyi qeyd olunub. Mərhumun ailəsi ilə əlaqə saxlanılıb və yaxınlarının onun intihar etməsinə şübhə ilə yanaşdığını və meyitin təkrar daxili tibbi ekspertizadan keçməsi müraciətini nəzərə alaraq səfirlik tərəfindən Dlugolenka Şəhər Prokurorluğuna müraciət edilib. Baş vermiş hadisə səfirliyin nəzarətindədir".

Azərbaycanın Baş Prokurorluğu isə bu barədə bildirib ki, baş vermiş hadisənin təfərrüatlarının müəyyən olunması ilə bağlı Polşa Respublikasının Baş Prokurorluğuna rəsmi məktub göndərilməklə araşdırmanın tam, hərtərəfli və obyektiv aparılması və nəticəsi barədə məlumat verilməsi xahiş edilib. 

Prokurorluq araşdırmanın yekunu barədə ictimaiyyətə ətraflı məlumatın verilməsini təmin edəcəyini bildirib. 

Xəbər lenti
0