Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Vitamin çatışmazlığı hansı əlamətlərlə özünü göstərir?

© pixabay / MizianitkaVitaminlər
Vitaminlər - Sputnik Azərbaycan
Abunə olmaq
Vitaminləri həkim nəzarəti ilə qəbul etmək lazımdır. Vitamin əlavələri daha çox payız və qışda tövsiyə olunur

BAKI, 12 noyabr — Sputnik. İnsan orqanizmi müxtəlif qidalarla yanaşı, apteklərdə satılan vitamin kompleksləri ilə də gücləndirilə, vitamin ala bilər.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, rusiyalı həkim-immunoloq Anna Şulyayevanın sözlərinə görə, vitamin çatışmazlığı insanın xarici görünüşündə də özünü büruzə verə bilər. Solğun, quru və səpməyə meylli dəri vitamin balansı haqqında düşünməyə əsas verir.

"Əgər saçınız tökülür və qırılırsa, dırnaqlarınız pis vəziyyətdədirsə, həkimə müraciət edin. Vitamin çatışmazlığının digər əlaməti isə apatiya, zəiflik və səhərlər əzginlik hissidir", - deyən həkim qeyd edib ki, müasir araşdırmalar insan orqanizmində hansı elementlərin çatışmadığını müəyyən edə bilir.

O, həmçinin əlavə edib ki, vitaminləri həkim nəzarəti ilə qəbul etmək lazımdır. Vitamin əlavələri daha çox payız və qışda tövsiyə olunur.

Xəbər lenti
0