Şimali Makedoniya ilk dəfə futbol üzrə Avropa çempionatının final mərhələsinə çıxıb

© Getty powered by UEFAФутболисты сборной Северной Македонии радуются забитому мячу
Футболисты сборной Северной Македонии радуются забитому мячу - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Avropa təsnifatının final qarşılaşmasında makedoniyalılar səfərdə minimal hesabla Gürcüstan millisinə qalib gəliblər.

Şimali Makedoniya yığması tarixində birinci dəfə futbol üzrə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Noyabrın 12-də pley-off mərhələsinin görüşündə makedoniyalılar Tbilisidə Gürcüstan komandasına 1:0 hesabı ilə qalib gəliblər. Yeganə qolu Qoran Pandev 56-cı dəqiqədə vurub.

Şimali Makedoniya yığması pandemiya səbəbindən 2021-ci ilə keçirilmiş AVRO-2020-nin final mərhələsində C qrupunda Avstriya, Niderland və Ukrayna milliləri ilə çıxış edəcək.

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала