Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Yaxşı yata bilmək üçün, tövsiyələrə əməl edin

CC0 / DieterRobbins / SleepYatan qız, arxiv şəkli
Yatan qız, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Yatmamışdan öncə fiziki hərəkətlərlə məşğul olmaq tövsiyə edilmir. Çünki idman yorğunluq əvəzinə enerji gətirir.

BAKI, 12 noyabr — Sputnik. Somnoloqlar tez yuxuya gedə bilməyin metodlarını açıqlayıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, müasir insan informasiyaya meylli olsa da, yatmamışdan öncə xəbər oxumaq olmaz. Xəbərlərlə ancaq səhər saatlarında maraqlanmaq olar. Bundan başqa, axşam saatlarında müzakirələr aparmayın, çünki bu zaman hisslərlə bacarmaq çətin olur.

Bununla yanaşı, mütəxəssislər yataqda işləməyi məsləhət görmürlər.

Həmçinin, yatmamışdan öncə fiziki hərəkətlərlə məşğul olmaq tövsiyə edilmir. Çünki idman yorğunluq əvəzinə enerji gətirir.

Yatmamışdan öncə alkoqol və qəhvə qəbul etmək də məsləhətli deyil. Bu içkilər yuxunu pozur.

Eyni zamanda telefon və ya parlaq işıq yayan cihazlardan da uzaq olmaq lazımdır.

Xəbər lenti
0