SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Putin Qarabağla bağlı sərəncam verib

© Sputnik / Aleksey Druzhinin / Mediabanka keçidПрезидент России Владимир Путин
Президент России Владимир Путин - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya Federasiyası Müdafiə Nazirliyi sülhməramlı kontingent heyətini ildə ən azı iki dəfə dəyişdirməli, resurs inkişaf etdikcə və texniki cəhətdən zərurət yarandıqca, hərbi texnika yenilənməlidir.

BAKI, 12 noyabr — Sputnik. Rusiyadan olan sülhməramlıların Dağlıq Qarabağda rotasiyası ildə ən azı iki dəfə həyata keçiriləcək.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin müvafiq sərəncamında deyilir.

"Rusiya Federasiyası Müdafiə Nazirliyi sülhməramlı kontingent heyətini ildə ən azı iki dəfə dəyişdirməli, resurs inkişaf etdikcə və texniki cəhətdən zərurət yarandıqca, hərbi texnika yenilənməlidir" - deyə sənəddə bildirilir. 

"Dağlıq Qarabağda sülhün qorunması tədbirləri haqqında" fərman imzalandığı gün - 10 noyabr tarixində qüvvəyə minib.

Qeyd edək ki, noyabrın 10-na keçən gecə Rusiya və Azərbaycan prezidentləri Ermənistanın Baş naziri Nikol Paşinyanla Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması ilə bağlı birgə bəyanat imzaladıqlarını bəyan ediblər. Bəyanata görə, bir sıra bölgələr Azərbaycanın nəzarətinə keçir, tərəflər əsir mübadiləsi aparır.

Rusiya sülhməramlıları təmas xətti boyunca və Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizi boyunca yerləşdilir.

Xəbər lenti
0