Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

© Photo : AZƏRTACAzərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Ukrayna Prezidenti Vladimir Zelenskinin şərəfinə verilən rəsmi ziyafətdə
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Ukrayna Prezidenti Vladimir Zelenskinin şərəfinə verilən rəsmi ziyafətdə - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan xalqının həmrəyliyi və ölkəmizin müstəqilliyi əbədi olsun! Qoy Vətənimizdə həmişə sülh və əmin-amanlıq hökm sürsün!

BAKI, 12 noyabr — Sputnik. Birinci vitse-prezident Mehriban Əliyeva 12 Noyabr - Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

O bu barədə öz "Instagram" səhifəsində paylaşım edib.

Birinci vitse-prezidentin təbrikində deyilir:

"Əziz həmvətənlər! Azərbaycan Respublikası Konstitusiyasının 25 illiyi münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram! Ölkəmizin bu illər ərzində keçdiyi yol xalqımız üçün azadlıqdan, dövlət müstəqilliyindən, sarsılmaz birlikdən dəyərli heç nə olmadığını göstərdi!

Azərbaycan xalqının həmrəyliyi və ölkəmizin müstəqilliyi əbədi olsun! Qoy Vətənimizdə həmişə sülh və əmin-amanlıq hökm sürsün!

Uca Tanrı sevimli, doğma Azərbaycanımızı qorusun!"

Xəbər lenti
0